İsveçrə 2026-cı il üçün ATƏT-in sədri seçildi


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ölkələri İsveçrəni 2026-cı il üçün ATƏT-in sədri kimi təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə konfederasiya hökumətinin saytında məlumat verilib.
Mətndə qeyd olunur ki, İsveçrə ATƏT-in rəhbərliyini təşkilatın geosiyasi hadisələrə görə çətin günlər keçirdiyi bir vaxtda üzərinə götürəcək.
Bununla da, İsveçrə üçüncü dəfə ATƏT-ə sədrlik edəcək. O, bundan əvvəl 1996 və 2014-cü illərdə təşkilata sədrlik edib.
Qeyd edək ki, 2025-ci ildə bu funksiyanı Finlandiya yerinə yetirəcək.

DİGƏR XƏBƏRLƏR

Top