Bayden Ukraynaya 2,5 milyard dollar ayırdı


ABŞ Prezidenti Co Bayden Ukraynaya təxminən 2,5 milyard dollar yardım ayırdığını açıqlayıb.
Yeniavaz.com
xəbərt verir ki, Co Baydenin administrasiyası məlumat yayıb.
“Bu gün mən Ukraynaya təhlükəsizlik üçün təxminən 2,5 milyard dollar ayrıldığını elan etməkdən qürur duyuram”, - Bayden qeyd edib.
Göstərilən məbləğ 1,22 milyard dollar həcmində Ukraynanın milli təhlükəsizliyinin təşviqi təşəbbüsünün həyata keçirilməsi üçün tədbirlər paketini əhatə edir.
“Mən öz administrasiyama Ukraynaya mümkün qədər tez yardım göstərməyi, o cümlədən köhnə ABŞ texnikasını Ukrayna üçün ayırmağı, onları ən qısa bir vaxtda döyüş meydanına çatdırmağı, sonra isə ehtiyatlarımızı modernləşdirmək və yeni silahlarla təmin etmək üçün ABŞ müdafiə sənayesi bazasını gücləndirməyi tapşırdım”, - Bayden bildirib.
O, həmçinin bildirib ki, Pentaqon hazırda Kiyevi yüz minlərlə artilleriya sursatı, minlərlə raket və yüzlərlə zirehli texnika ilə təchiz etmək prosesindədir.
Bununla yanaşı, Amerika lideri vəd edib ki, Birləşmiş Ştatlar 2025-ci ilin yanvarında başa çatacaq prezidentlik müddətinin sonuna qədər Kiyevin münaqişədəki mövqeyini gücləndirmək üçün yorulmadan çalışacaq.

DİGƏR XƏBƏRLƏR

Top