Cənubi Koreya prezidentin həbsinə order verə bilər


Cənubi Koreyanın Birgə İstintaq Qrupu Seul məhkəməsindən Cənubi Koreya Prezidenti Yun Sok Yolun həbsinə order verilməsini tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yüksək vəzifəli məmurlarla bağlı Korrupsiyaya Qarşı Mübarizə Departamenti məlumat yayıb.
Müvafiq ərizə dekabrın 30-da təqdim olunub. Birgə İstintaq Qrupunun üzvləri dövlət başçısı tərəfindən hərbi vəziyyətin tətbiqi hallarını araşdıran idarənin, polisin və Müdafiə Nazirliyinin nümayəndələridir və onlar Koreya Respublikası Prezidentini qiyam təşkil etməkdə şübhəli bilirlər.
Cənubi Koreya qanunları vəzifədə olan prezidentin qiyam və ya dövlətə xəyanətdə təqib edilməsinə icazə verir.
Qeyd edək ki, dekabrın 29-da qiyam işi üzrə yüksək vəzifəli şəxslərlə bağlı Korrupsiyaya Qarşı Mübarizə Departamentinin sorğusuna üçüncü dəfə gəlməyib. Hüquqi təcrübəyə görə, üçüncü çağırış həbs qərarı üçün ərizə verməzdən əvvəl sonuncu çağırış sayılır.
Xatırladaq ki, dekabrın 3-də Yun Sok Yol Cənubi Koreyada hərbi vəziyyət elan edib. O, bu qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib.
Bir neçə saat sonra parlament tətbiq olunan rejimin ləğvinə səs verib.
Dekabrın 14-də Koreya Respublikasının parlamenti prezident Yoon Seok Yeola impiçment elan edib, nəticədə onun səlahiyyətləri dayandırılıb. İndi Konstitusiya Məhkəməsi deputatların qərarının təsdiqi və ya onun vəzifəsinə bərpa olunması barədə qərar verməlidir.

DİGƏR XƏBƏRLƏR

Top