Netanyahu əməliyyat olundu


İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyat olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Yerusəlimdəki Hadassa Tibb Mərkəzinə istinadla məlumat yayıb.
Məlumata görə, əməliyyat uğurla və fəsadsız başa çatıb.
Əməliyyatdan sonra Netanyahu mümkün raket hücumlarından qorunmaq üçün yeraltı reabilitasiya bölməsinə yerləşdirilib.
Hökumət başçısının müşahidə üçün bir neçə gün xəstəxanada qalacağı gözlənilir.
Qeyd edək ki, dekabrın 28-də müayinə zamanı 75 yaşlı Netanyahuya prostat vəzinin xoşxassəli hiperplaziyası (böyüməsi) nəticəsində ortaya çıxan sidik yollarının infeksiyası diaqnozu qoyulub. Bu baxımdan ona prostat vəzinin çıxarılması üçün əməliyyat ona əməliyyat təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top