ABŞ-nin 39-cu prezidenti vəfat etdi


ABŞ-ın keçmiş prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Washington Post” qəzeti onun oğlu Ceyms Karterə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, atası Corciya ştatının Pleyns şəhərindəki evində dünyasını dəyişib. Ancaq Ceyms Karter atasının ölümünün səbəbini açıqlamayıb.
Digər tərəfdən, “The Carter Center” qeyri-hökumət təşkilatı da bazar günü ABŞ-nin 39-cu prezidenti, 1977-ci ildən 1981-ci ilə qədər vəzifədə olmuş Cimmi Karterin vəfatını təsdiqləyib.
Təşkilat bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“Bizim təsisçimiz, keçmiş ABŞ prezidenti Cimmi Karter bu gün Corciya ştatının Pleyns şəhərində vəfat edib”, - məılumatda bildirilib.
Qeyd edək ki, Karter uzun illər xərçənglə mübarizə apardığı üçün 2023-cü ilin fevral ayından hospisdə idi. Onun həyat yoldaşı Rozalin Karter isə keçən il noyabrın 19-da vəfat edib. Onun 96 yaşı var idi.
Xatırladaq ki, Karter ABŞ-nin yaşayan ən yaşlı keçmiş prezidenti idi. Karter sülhməramlı prezident kimi məşhurlaşbı, çünki onun səlahiyyət müddəti İsrail və Misir arasında “Kemp Devid” Sazişlərinin bağlanması ilə nəticələnib. 2002-ci ildə Karter Nobel Sülh Mükafatını qazanıb.
Digər tərəfdən, Karterin rəhbərliyi altında ABŞ və Sovet İttifaqı 1979-cu ildə Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsini (SALT II) imzalayıb. Lakin Sovet qoşunlarının Əfqanıstana daxil olması ilə əlaqədar olaraq, Karter bu sənədi Konqres Senatının təsdiqinə təqdim etməmək qərarına gəlib,

DİGƏR XƏBƏRLƏR

Top