TRT-nin rəqəmsal platforması olan “Tabii”də yayımlanan “Gassal” serialı izlənmə rekordu qırıb.
Yeniavaz.com xəbər verir ki, serialın ilk bölümü 6 milyon izlənib.
“Öləndən sonra məni kim yuyacaq?” sualına cavab axtaran ölüyuyan (“gassal”) Bakinin qara yumorla dramın sintezi olan hekayəsi qısa müddətdə izləyicilər tərəfindən böyük rəğbət görüb.
Baş rolda Ahmet Kuralın oynadığı serial 10 bölümdən ibarətdir.
Qeyd edək ki, ekran işi son günlərdə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri olub.