Sosial şəbəkələrdə və bəzi aparıcı yerli media orqanlarında Çeçenistan rəhbəri Ramzan Kadırovun Azərbaycan təyyarəsinin vurulmasına görə onu tənqid edənləri hədələməsi ilə bağlı məlumat yayılıb.
Yeniavaz.com xəbər verir ki, yayılan məlumatlarda Ramzan Kadırovun kimlərisə hədələdiyi barədə video müraciət yer alıb.
İddia olunur ki, Kadırov bu video müraciəti yeni yayıb və o, təyyarənin vurulmasına görə onu tənqid edənləri, xüsusən də azərbaycanlıları hədələyib.
Lakin qeyd edək ki, yayılan bu məlumat saxtadır və haqqında bəhs olunan video müraciəti Ramzan Kadırov 2022-ci ilin yanvar ayında İnquşetiya rəhbərliyi ilə aralarında yaranan insident zamanı paylaşıb.
Yeni paylaşılan saxta məlumat:
link - https://www.instagram.com/eto_kokshetau_detka/reel/DEJxTG1NvOL/
3 il əvvəl paylaşılan orijinal məlumat: link - https://www.facebook.com/watch/?v=1409193846150371