Prezident onlara Milli Qəhrəman adı verdi


"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı həlak olan ekipaj üzvlərinə - Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra) və Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) Milli Qəhrəman adı ilə təltif olunublar.

Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Onlar qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top