Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı illik məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, azad olunan ərazilərdə il ərzində 2 372 tank əleyhinə mina, 4 min 286 piyada əleyhinə mina, 59 min 163 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 62 min 23 hektar ərazi minalardan təmizlənib.
Müqayisə üçün bidlirək ki, ANAMA 2023-cü ildə 5 034 tank əleyhinə mina, 3 min 495 piyada əleyhinə mina, 23 min 49 partlamamış hərbi sursat (PHS) aşkarlayıv və zərərsizləşdirib. 
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

DİGƏR XƏBƏRLƏR

Top