Putin növbəti dəfə İlham Əliyevə zəng edib


Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə yeni telefon danışığı keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnterfaks”a Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov bildirib ki, dövlət başçıları 
Aktauda “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı müxtəlif məsələləri müzakirə etməyi davam etdiriblər.
Mətbuat katibi söhbətin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, 
Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək təyyarə qəzasına görə üzr istəyib. 

DİGƏR XƏBƏRLƏR

Top