Təyyarə qəzasında həlak olan üç ekipaj üzvü - gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi II Fəxri xiyabanda dəfn olunub.
Yeniavaz.com xəbər verir ki, dəfn mərasimində onların ailə üzvləri, rəsmi şəxslərlə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edib.