![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/12/28/1/95c07590-5b6f-47c0-89f3-cd55cd0c2913/kocaeli-partlayis.jpg)
Türkiyənin Kocaeli vilayətinin Darıca rayonunda 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, partlayış nəticəsində 10 nəfər xəsarət alıb.
Partlayışdan sonra mənzildə yanğın başlayıb.
“Darıca rayonunda təbii qazdan qaynaqlanan partlayışın meydana gəldiyini düşünürük. İlk təsbitlərə görə 10 yaralı var. Qruplarımızın müdaxiləsi davam edir”, - Kocaeli vilayətinin başçısı İlhami Aktaş bildirib.