17 beynəlxalq ekspert qəza ilə bağlı araşdırma aparır


“Aktau yaxınlığında baş verən təyyarə qəzasının səbəbləri ilə bağlı araşdırma 17 beynəlxalq ekspert tərəfindən aparılır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayevin bəyanatına istinadən xəbər verir.
“Altısı Azərbaycandan, ikisi təyyarəni istehsal edən “Embraer” şirkətindən, üçü Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən, daha üçü Dövlətlərarası Aviasiya Komitəsindən, ikisi Rusiyadan, üstəlik, Beynəlxalq Mülki Aviasiya Təşkilatından da ekspert yaxın vaxtlarda gələcək”, - Bozumbayev bildirib.
Müavin Qazaxıstana heç bir təzyiqin olmadığını vurğulayıb:
“Heç bir ölkədən heç kim müdaxilə etməyə çalışmır. Biz müstəqil olaraq qərar qəbul edirik. Cəmiyyətdə kiminsə kiməsə təzyiq göstərəcəyi ilə bağlı heç bir sual olmasın deyə, bu gün komissiyanın statusunu nazir səviyyəsinə qaldırmaq qərarına gəldik”.

DİGƏR XƏBƏRLƏR

Top