2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlar başlayandan bəri İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 45,5 minə yaxın fələstinli ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sektorun Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 45 min 484, yaralananların sayı 108 min 90 nəfərə yüksəlib”, - Səhiyyə Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, həmçinin son 24 saat ərzində İsrailin atəşə tutması və bombalaması nəticəsində anklavda 48 fələstinli ölüb, 52 fələstinli yaralanıb.