Bu ilin noyabr ayı ərzində turizm məqsədi ilə Azərbaycana ümumilikdə 140 min 382 nəfər xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşları ümumilkdə 262 milyon 624,6 min manat xərcləyiblər.
Qeyd edək ki, turistlər ən çox nəqliyyata pul xərcləyiblər. Nəqliyyat xərcləri onların ümumi xərclərinin 43,4%-nə və ya 113,9 milyon manata bərabər olub. Bundan başqa turistlər 61,8 milyon manat yerləşməyə (otel, motel və s.), 47,5 milyon manat qidalanmaya, 27,1 milyon manat malların və hədiyyələrin alınmasına, 1,4 milyon manat mədəniyyət tədbirlərinə, 1 milyon manat idman və əyləncəyə, 350 min manat isə avtomobillərin icarəsinə xərcləyiblər.
Məlumat üçün bildirək ki, Azərbaycanda qidalanmaya ən çox ABŞ-dən gələn turistlər pul xərcləyiblər. ABŞ vətəndaşı olan turistlər noyabr ayında qidalanmaya 1 milyon 545 min manat xərcləyib. Bu isə o deməkdir ki, ABŞ vətəndaşları orta hesabla adambaşına 462 manatlıq qida qəbul ediblər.
Qidalanmaya ən az vəsait xərcləyənlər isə Tacikistandan gələn turistlər olub. Tacikistan vətəndaşları noyabr ayında Azərbaycanda orta hesabla adambaşına 278 manatlıq qida qəbul ediblər.
Azərbaycanda əcnəbi turistlərin qidalanmaya xərclədikləri vəsait ölklər üzrə aşağıdakı kimi olub:
Elnur Əli