Moskvaya uçan iki təyyarə geri qayıtdı – Biri Bakıya təcili eniş etdi


Moskvaya uçan iki sərnişin təyyarəsi geriyə qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Flightradar24” portalında məlumat dərc olunub.
Məlumatlardan belə görünür ki, Dubay-Moskva reysi ilə uçan təyyarə Bakıya təcili eniş edib.

Həmçinin Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi də İstanbul-Moskva reysini tamamlamadan geri qayıdıb.
Hər iki hal və onların səbəbləri ilə bağlı hələlik heç bir rəsmi məlumat yoxdur.
Polşanın “Money.pl” portalının məlumatına görə, təyyarələrin geri qayıtmasının səbibi Moskva hava limanlarında təhlükəsizlik prosedurlarının gücləndirilməsi və təhlükəsiz eniş üçün təminatın verilməməsi ola bilər.
 

DİGƏR XƏBƏRLƏR

Top