![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/a27997e8-9628-42be-96d7-ea857b2a6063/kirbi.jpg)
ABŞ Qazaxıstanda qəzaya uğrayan Azərbaycan “Hava Yolları”na məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu göstərən ilkin əlamətlər görüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbi qəzanın səbəbləri ilə bağlı araşdırmanın davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ prezident administrasiyası öz yardımını təklif edib.