Türkiyə milli müdafiə naziri Yaşar Gülər təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyini ziyarət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yaşar Gülər, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak və digər rəsmilər hadisə ilə bağlı kədərlərini Azərbaycan səfiri Rəşad Məmmədova çatdırıb, Azərbaycan xalqına başsağlığı veriblər.
Qeyd edək ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.