Xilas olan təyyarə bələdçisi Əsədov Zülfüqar Aktauda baş verən qəzanın təfərrüatlarını danışıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə APA TV-yə müsahibə verib.
“Saat 08:00-da buradan Bakıya uçuş etdik. Eniş zamanı gördük ki, çox qatı duman var. Eniş etmək lazım idi. Kapitan enişə başladı. Gördük yer gösrsənmir. O, məcbur təyyarəni yuxarı qaldırmaq məcburiyyətində oldu. Bir daha dövr etmək üçün qalxdı ki, bəlkə eniş üçün yenidən cəhd edə bilsin. Eyni səbəbdən eniş yenə alınmadı. Üçüncü cəhd də alınmadı. O, məcburi şəkildə təyyarəni qaldırdı və yaxınlıqdakı başqa bir hava limanına yönəldi”.
Z. Əsədov bildirib ki, bu vaxt təyyarənin çöl tərəfindən qəribə bir səs gəlib:
“Mən və həmkarım Aydan (Rəhimli) xanım tez salona çıxdıq. Gördük camaat panika içindədir. Camaatı sakinləşdirməyə, onları yerlərində oturtmağa çalışdıq, oturdular. Komanda vermək üçün önə getmək istəyəndə çöldən gələn zərbə qolumdan tutdu. Sanki kimsə balta ilə qoluma vurmuşdu. Biz salondan çıxana 3-cü zərbə dəydi. Mətbəx dəsmalı ilə qolumu bağladım. Və uçuşa davam etdik”.
Daha ətraflı: