Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməmkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu, Nabran qəsəbəsi sahilində suiti cəsədləri aşkar olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
“Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva bildirib ki, suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən suiti cəsədlərindən nümunələr götürülüb”, - məlumatda deyilir.
Qeyd olunub ki, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.