Gələn il dövlət büdcəsindən nəqliyyat vasitələrinin utilizasiyası fonduna 50 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” Qanunda yer alıb.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyası fondu Azərbaycan Prezidentinin 27 yanvar 2024-cü il tarixli Sərəncamı ilə yaradılıb. Bu il dövlət büdcəsindən utilizasiyası fonduna 25 milyon manat ayrılıb.
Murad Məmmədov