Özünü şair kimi təqdim edən İlhamə Elşadqızı həbs olunub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, onun barəsində qərar Yasamal rayon Məhkəməsində çıxarılıb.
İ. Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.
Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, “emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Daha sonra “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların da barəsində həbs qərarı çıxarılıb.
İlhamə Elşadqızı “azerzahid6669966” adlı istifadəçi tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.