“Belarusda Rusiyanın 10 “Oreşnik” raket kompleksi yerləşdirilə bilər”.
Yeniavaz.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistin müvafiq sualını cavablandırarkən deyib.
“Düşünürəm ki, hələlik 10 ədəd kifayətdir. Sonra ruslar daha çox yerləşdirmək istəsələr, daha çox yerləşdirərik”, - Lukaşenko deyib.
Qeyd edək ki, Lukaşenko dekabrın 6-da Minskdə İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasından sonra Rusiya Prezidenti Vladimir Putindən “Oreşnik”in respublika ərazisində yerləşdirilməsini xahiş etdiyini bildirib. Rusiya liderinin dediyi kimi, kompleksin təhvil verilməsi 2025-ci ilin ikinci yarısında həyata keçirilə bilər. Daha sonra Lukaşenko bildirib ki, Belarusda “Oreşnik”in mümkün yerləşdirilməsi üçün təxminən 30 obyekt var.