Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğradığı yerdə xilasedicilər ikinci “qara qutu” aşkar ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev bildirib.
Onun sözlərinə görə, hadisə yerinə baxış demək olar ki, başa çatıb - 4 min kv.m-dən artıq ərazi.
Bundan əlavə, nəqliyyat nazirinin müavini Talqat Lastaev bildirib ki, “Embraer” istehsal şirkətinin nümayəndələri cümə günü Qazaxıstana gələcəklər. Onlar hər iki qeyd cihazının məlumatlarını deşifrə etməyə kömək edəcəklər.