İrana Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət statusu verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Bakıtjan Saqintayev jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Aİİ-də müşahidəçi ölkələr arasında Kuba və Özbəkistan da var. Avrasiya “beşliyi”nə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.