ŞƏT-in Baş katibi İlham Əliyevə başsağlığı verdi


Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən Prezident İlham Əliyevə başsağlığı məktubu gəlib.
Yeniavaz.com
xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin həlak olması xəbərindən sarsıldım.
Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Top