![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/12/23/1/3956464e-0ac7-43b6-9505-0ae3846e6837/qezza-jurnalist-yeni676.jpg)
Qəzza zolağının mərkəzinə İsrailin hücumu nəticəsində azı 5 fələstinli jurnalist həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail hərbçiləri anklavın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində Əl-Avda xəstəxanasının yanında dayanmış “Quds News Network” peyk televiziya kanalına məxsus avtomobili vurub.
Telekanal 5 jurnalistin öldürüldüyünü təsdiqləyib.