“Həlak olanların 26-sı, sağ qalanların 16-sı Azərbaycan vətəndaşıdır”


“Bildiyiniz kimi, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Onlardan 38 nəfər həlak olub”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib.
“Həlak olanlardan 26 nəfəri Azərbaycan vətəndaşıdır. Son məlumata görə, 16 nəfər Azərbaycan vətəndaşı sağ qalıb. 16 nəfərdən 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərləri də ağır-stabil olaraq qalır. Çalışırıq ki, yaralıları Azərbaycana göndərək”, - diplomat qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top