Bələdçi Aydan Rəhimli sağdır – Video


“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir:
“Həmçinin, qəza baş vermiş ərazidə Nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür”.
Nazirlik həmçinin xilas edilənlərdən təyyarənin stüardessası Aydan Rəhimlinin də yer aldığı kadrlar yayıb.
Qeyd edək ki, təyyarədə 5 ekipaj üzvü olub. Bunlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökümə Əliyeva, Zülfüqar Əsadov və Aydan Rəhimlidir. Ekipaj üzvlərindən ikisinin sağ qaldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top