Qazaxıstanda qəzaya uğrayan təyyarədə həlak olan 38 nəfərin hamısının cəsədi tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dünyasının dəyişənlərdən 7-sinin şəxsiyyəti müəyyən edilib.
“Ölən 38 nəfərin cəsədi aşkar edilərək Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib”, - Nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, təyyarənin qəzaya uğradığı yerdə xilasetmə işləri Rusiya Federasiyasının Mərkəzi Əməliyyat Qərargahının qrupları tərəfindən aparılır.