Quterreş qəza ilə bağlı başsağlığı verdi


BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytında bəyanat dərc olunub.
“Baş katib, Qazaxıstanın qərbində baş vermiş və Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Rusiya Federasiyasının vətəndaşları da daxil olmaqla, çoxlu sayda insanın həlak olmasına səbəb olmuş təyyarə qəzası xəbərindən dərin kədər hissi keçirir.
O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və hadisədən təsirlənmiş ölkələrlə həmrəyliyini ifadə edir. Baş katib, həmçinin bu faciəvi hadisədə yaralananların tez və tam sağalmasını arzulayır”, - bəyanatda qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top