Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri İsrailin Təl-Əviv və Aşkelon şəhərlərinə pilotsuz təyyarələrlə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmən silahlı qüvvələrinin pilotsuz sistemlərinin qoşunları iki hərbi əməliyyat keçirib, bunlardan birincisi İsrailin Yaffa bölgəsindəki (Təl-Əviv - red.) kritik obyektinə yönəlib. İkinci əməliyyat düşmən İsrailin işğal altında olan Aşkelon bölgəsindəki sənaye zonasına yönəldilib”- hərəkatın sözçüsü deyib.
Sariyanın sözlərinə görə, hər iki pilotsuz təyyarə onların hücum etdiyi İsrail hədəflərini vurub.