Aktau yaxınlığında qəzaya uğrayan təyyarədən sağ çıxan 48 yaşlı Sübxonkul baş verənlərin təfərrüatlarını paylaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə zakon.kz məlumat yayıb.
Bildirilib ki, təyyarə bir neçə dəfə yerə enməyə cəhd etsə də, buna nail ola bilməyib. Sərnişinlər daha sonra yüksək səs eşidiblər və bundan sonra təyyarə dövrə vurmağa başlayıb.
“Pilotların sayəsində, onların manevrləri ilə biz xilas olunduq. Onlar olmasaydı, hamımız ölərdik”, - sərnişin bildirib.
Onun sözlərinə görə, yanında olanların hamısı sağ qalıb, lakin çoxu yaralanıb.
Sübxonkul indi şiddətli baş ağrılarından əziyyət çəksə də, ciddi zədədən xilas olub.