“Hazırda 38 ölüm məlumdur”.
Yeniavaz.com xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Tengrinews.kz müxbiri ilə söhbətində deyib.
Müavin sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb:
“Cəsədlər pis vəziyyətdədir, əsasən yanıblar, hamısı yığılıb, indi onlar morqda olacaqlar, şəxsiyyətləri müəyyənləşdiriləcək. İkisi uşaq daxil olmaqla, 29 nəfər xəstəxanalardadır, onlardan 11-inin vəziyyəti stabil ağırdır. Qalanlarının vəziyyəti orta ağırdır”, - Bozumbayev bildirib.
Bundan əlavə, nəşrin müxbiri baş nazirin müavini ilə qəzaya uğrayan təyyarənin göyərtəsində olan qazaxıstanlılarla bağlı məlum olanlara aydınlıq gətirib:
“Təəssüf ki, bu gün sağ qalanlar arasında yalnız bir qadın var, onun kim olduğu müəyyən edilməyib, üzərində sənəd yoxdur, huşsuz vəziyyətdədir. Sağ qalan 29 nəfər arasında Qazaxıstan vətəndaşı yoxdur. Reysdə 6 qazaxıstanlı var idi, o cümlədən iki uşaq”.