Bakının Yasamal rayonu ərazisində çoxmərtəbəli binada yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, yanğınla əlaqəli Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
***
FHN-nin məlumatına görə, həyata keçirilmiş operativ tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.