“Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə Çeçenistandan olan iki uşaq olub, onlardan birinin taleyi məlum deyil”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Çeçenistanın Uşaq Ombudsmanının nümayəndəsi Adam Xalikov məlumat verib.
“Təyyarədə Çeçenistandan olan iki uşaq olub, bir uşaq xəstəxanaya yerləşdirilib, ikincinin taleyi məlum deyil”, - Xalikov bildirib.
Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə isə, qəzaya uğrayan AZAL təyyarəsində üç Qırğızıstan vətəndaşı olub və onların hamısı xəstəxanaya yerləşdirilib:
“Onlardan birinin vəziyyəti ağırdır”, - Nazirlikdən bildirilib.