Nazirlər qəzanı araşdıqmaq üçün Qazaxıstana yola düşdülər – Prezident tapşırıb


Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasını araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər.
Yeniavaz.com
xəbər verir ki, Prezidentin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

DİGƏR XƏBƏRLƏR

Top