Aktauda baş verən təyyarə qəzasında sağ qaldığı məlum olan şəxslərin sayı artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyi yayıb.
“Təyyarənin göyərtəsində 5-i ekipaj üzvü olmaqla 67 nəfər olub. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. İlkin məlumata görə, 28 nəfər sağ qalıb, onlardan 2-si uşaq xəstəxanalarına çatdırılıb”, - məlumatda deyilir.
Qazaxıstanın Uşaq Ombudsmanı Dinara Zəkiyeva xəstəxanaya yerləşdirilənlərin 2013 və 2008-ci il təvəllüdlü iki qız olduğunu açıqlayıb.
***12:46
Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Bildirilib ki, təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub.
“Yaralılar haqqında məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22 nəfər xəstəxanaya yerləşdirilib”, - nazirlik bildirib.
***12:02
Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə təyyarə qəzasında 14 nəfər sağ qalıb.
Yeniavaz.com “Sputnik Qazaxıstan”a istinadla xəbər verir ki, Nazirlik 14 yaralının rayon xəstəxanasına çatdırıldığını bildirib.
“Yaralı 14 nəfərdən 5-i ağır vəziyyətdə reanimasiyadadır. 11 yaşlı uşaq Uşaq Xəstəxanasına yerləşdirilib və təcili yardım səviyyəsində müayinə olunur. Daha 16 yaşında bir nəfər həmin xəstəxanaya aparılır”, - məlumatda deyilir.
***11:42
Aktauda qəzaya uğrayan təyyarədə sağ qalanlar var.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Aktauda təyyarənin qəzaya uğradığı yerə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası gəlib. Hazırda zərərçəkənlər dəqiqləşdirilir. İlkin məlumatlara görə, sağ qalanlar var”, - idarədən bildirilib.
Qazaxıstan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə isə, təyyarədə olanlardan 6 nəfəri sağdır.
Qeyd olunur ki, təyyarədə olan 72 nəfərdən 6-sı sağ qalıb. Onlar xəstəxanaya çatdırılıb.
Vəziyyətlərinin ağır olduğu bildirilir.
***11:15
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Yeniavaz.com bu barədə AZAL-a istinadən xəbər verir.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Məlumata görə, Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.
Qeyd olunur ki, təyyarə AZAL-a məxsusdur.
Sosial şəbəkələrdə hadisəni əks etdirdiyi bildirilən görüntülər yayılıb.
Həmin kadrları təqdim edirik: