Suriyanın şimalındakı Suqaylabiya şəhərində yolka yandırılıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə bir gün əvvəl yolkanın yandırılmasını əks etdirən video yayılıb.
Suriya İnsan Haqlarını Müşahidə Qrupunun hüquq müdafiəçilərinin bildirdiyinə görə, ağacı İslamçı “Ənsar ət-Tövhid” qruplaşmasının əcnəbi silahlıları yandırıb.
Bundan sonra yüzlərlə xristian Dəməşqin mərkəzində etiraz aksiyası keçirib.
Hazırda Suriyanın böyük hissəsini nəzarətdə saxlayan “Heyat Təhrir əl-Şam”ın (HTŞ) lideri yolkaya od vuranların cəzalandırılacağına söz verdiyi öz videosunu çəkib.
Qeyd edək ki, Suriyada xristianlar əhalinin 10%-ni təşkil edir.