Eyfel qülləsinin ziyarətçiləri və işçiləri yanğın siqnalı işə salındıqdan sonra təxliyə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV Qüllənin İstismarı Cəmiyyətinə (SETE) istinadən məlumat yayıb.
Qeyd olunub ki, ikinci mərtəbə ilə qüllənin yuxarı hissəsindəki müşahidə meydançası arasında liftin naqillərində yaranan qısaqapanma səbəbindən həyəcan siqnalı işə düşüb.
Yanğınsöndürənlər və qüllənin texniki işçiləri hadisənin səbəbini müəyyənləşdirirlər.
Nəşr qeyd edir ki, qüllə gün ərzində ziyarətçilərin üzünə açılacaq.