Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Yeniavaz.com xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonunun Abbas Səhhət küçəsində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar dekabrın 25-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Qaz təchizatı dayandırılan müddətdə A.Səhhət, C.Məmmədquluzadə, N.Vəzirov, H.Ələsgərova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - məlumatda deyilir.