Prezident İlham Əliyev nəvələri Mikayıl və Əli Ağalarova “Təşəkkürnamə” verib.
Yeniavaz.com xəbər verir ki, yeniyetmələr bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.
Onlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraklarına görə təltif olunublar.
Paylaşılan fotolarda Prezidentin “Təşəkkürnamə”ləri onlara şəxsən təqdim etdiyi görünür.