Vətən müharibəsi iştirakçısı, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş mərhum qazi Namaz Şirinovun anası Mingəçevirdə dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, 1967-ci il təvəllüdlü Gülüstan Şirinova qazi oğlunun qırxından cəmi 10 gün sonra vəfat edib.
Qeyd edək ki, qazi Namaz Şirinov ötən ay qəfil ürək tutmasından dünyasını dəyişib. Qazinin 2016-cı ildə dünyasını dəyişmiş atası Qaryağdı Şirinov da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Esmira Hidayətova, Mingəçevir