Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN – 1803349532) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, Ziyafət Fərzəliyev Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərini hazır yeməklə təmin edəcək.
Məlumatda bildirilir ki, Ziyafət Fərzəliyev sutkada 3 dəfə olmaqla bir il müddətində 2 464 nəfəri (çarpayı sayı ilə) hazır yeməklə təmin edəcək və qarşılığında 9 milyon 308 min 116 manat 12 qəpik alacaq.
Açıqlanan məlumatlardan da göründüyü kimi, sosial xidmət müəssisələrində yaşayan bir nəfərin bir günlük yemək xərci 10 manat 50 qəpik təşkil edəcək.
Murad Məmmədov