Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qoşulması qərarını alqışlayıb.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin dövlət başçısı Ankarada Qahirəyə səfərinin yekunlarını şərh edərkən deyib.
“Qardaş Azərbaycanın D-8 sıralarına daxil olması təşkilatın mövqeyini gücləndirib”, - Ərdoğan bildirib.
Türkiyə Prezidenti həmçinin Misirlə qarşılıqlı fəaliyyətin bir çox sahələrinə, o cümlədən ticarət-iqtisadi əlaqələrə müsbət təsir göstərən səmimi dialoqun inkişafından məmnunluğunu ifadə edib.