Bu ilin noyabr ayı ərzində turizm məqsədi ilə Azərbaycana ümumilikdə 140 min 382 nəfər xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 197 nəfəri və ya 0,1%-i ölkəyə dini ziyarət məqəsdi ilə gəlib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana 108 min 35 nəfər turist gəlib və onların da 217 nəfəri və ya 0,2%-i ölkəyə dini ziyarət məqəsdi ilə gəlib. Açıqlanan məlumatlardan da göründüyü kimi, dini ziyarət üçün Azərbaycana gələn əcnəbilərin sayı 9,2% azalıb.
Noyabr ayında dini ziyarət üçün gələnlərin yarıdan çoxu – 107 nəfəri Rusiya vətəndaşı olub.
Azərbaycana dini ziyarət üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub:
Rusiya – 107 nəfər;
Türkiyə – 26 nəfər;
Pakistan – 18 nəfər;
Gürcüstan – 16 nəfər;
Qazaxıstan – 10 nəfər;
Səudiyyə Ərəbistanı – 5 nəfər;
İran – 5 nəfər;
Hindistan – 4 nəfər;
Birləşmiş Ərəb Əmirlikləri – 2 nəfər;
Ukrayna – 2 nəfər;
İsrail – 2 nəfər.
Murad Məmmədov