Lukaşenko yenə prezidentliyə namizəd oldu


Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci il yanvarın 26-da keçiriləcək növbəti seçkilərdə dövlət başçısı vəzifəsinə namizəd kimi qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qərar respublika Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul edilib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenkonun prezidentliyə namizədliyinin təsdiqlənməsi üçün 2 milyon 518 min 145 etibarlı seçici imzası təqdim olunub, hansı ki, tələb 100 mindir.
Qeyd edək ki, Lukaşenko yeddinci dəfə Belarus dövlətinin başçısı postuna namizədliyini irəli sürüb. MSK-nın məlumatına görə, o, 2020-ci ildə keçirilən seçkilərdə 80,1% səs toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top