Azərbaycanın əsas növ ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi açıqlanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ölkədə əksər növ heyvandarlıq məhsullarına olan tələbat qarşılanması üçün xaricdən idxal edilir.
Bitkiçilik məhsullarından isə un, düyü və kartof kimi əsas növ ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin edə bilmirik.
Bundan başqa sənaye emalından keçmiş əsas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsində də idxaldan asılılıq yüksəkdir. Kərə yağı, düyü, bitki yağları, çay kimi əsas növ ərzaq məhsulları ilə özümüzü təmin edə bilmirik.
Azərbaycan əsasən meyvə-tərəvəz, soğan və yumurta ilə özünü təmin edə bilir.
Aşağıdakı cədvəldə son 2 ildə əsas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi göstərilib:
Elnur Əli