Azərbaycanda ac olduğu halda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – Siyahı


2024-cü ildə Azərbaycanda təxminən 203,6 min nəfər doyunca yemək yeyə bilməyib.
Yeniavaz.com
xəbər verir ki, belə bir məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Açıqlanan məlumatda bildirilir ki, yemək üçün kifayət qədər pulu olmayan və ya digər ehtiyatların (mənbələrin) olmaması səbəbindən ac ola-ola doyunca yemək yeyə bilməyən ev təsərrüfatlarının onların ümumi sayında xüsusi çəkisi 2%-ə bərabərdir.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan əhalisinin sayı 10 milyon 180,8 min olub. Hər bir ev təsərrüfatının payına orta hesabla 4,23 nəfərin düşdüyünü nəzərə alsaq, ölkədə təxminən 2 milyon 407 min ev təsərrüfatı olur. Ev təsərrüfatlarının 2%-i isə təxminən 48,6 minə bərabərdir. Bu da o deməkdir ki, 2024-cü ildə Azərbaycanda təxminən 203,6 min nəfər ac olduğu halda doyunca yemək yeyə bilməyib.
Məlumat üçün bildirək ki, doyunca yemək yeyə bilməyən ac insanlar ən çox Bakı şəhərində yaşayır. Apardığımız hesablama göstərir ki, Bakı şəhərində təxminən 30 min 484 nəfər insan ac ola-ola doyunca yemək yeyə bilməyib.
Azərbaycanda iqtisadi rayonlar üzrə doyunca yemək yeyə bilməyən ac insanların sayı aşağıdakı kimi olub:
Bakı şəhəri –  30 484 nəfər;
Naxçıvan MR – 7 500 nəfər;
Abşeron-Xızı – 15 775 nəfər;
Dağlıq Şirvan – 8 973 nəfər;
Gəncə-Daşkəsən – 10 164 nəfər;
Qarabağ – 18 532 nəfər;
Qazax-Tovuz – 12 879 nəfər;
Quba-Xaçmaz – 12 584 nəfər;
Lənkəran-Astara – 12 685 nəfər;
Mərkəzi Aran – 15 854 nəfər;
Mil-Muğan – 9 436 nəfər;
Şəki-Zaqatala – 12 534 nəfər;
Şərqi Zəngəzur – 6 351 nəfər;
Şirvan-Salyan – 9 896 nəfər.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top