Türkiyə Super Liqasının 16-cı turu çərçivəsində ötən gün baş tutan “Trabzonspor”-“Bodrum FK” görüşünün əvvəlində qalmaqallı hadisə yaşanıb.
Yeniavaz.com xəbər verir ki, matçdan əvvəl “Bodrum FK”nın baş məşqçisi, “Fənərbağça”nın sabiq qapıçısı Volkan Dəmirəl “Trabzonspor”un baş məşqçisi Şenol Günəşin əlini havada qoyub.
Belə ki, Ş.Günəş görüşmək üçün əlini uzatsa da, V.Dəmirəl bundan imtina edib.
Görüş başa çatdıqdan sonra V.Dəmirəl mətbuat konfransında bu hərəkətinin səbəbini açıqlayıb. Məlum olub ki, onun belə bir addım atmasına səbəb 2022-ci ilin fevralında Türkiyənin Hatay vilayətində onminlərlə insanın ölümünə səbəb olan zəlzələdən sonra həmin vaxt “Beşiktaş”a rəhbərlik edən Ş.Günəşin “Hatayspor”un oyunlara çıxmamasını tənqid etməsi olub. Həmin dövrdə “Hatayspor”un baş məşqçisi isə V.Dəmirəl idi.
Xatırladaq ki, zəlzələ nəticəsində Hatay klubunun qanalı futbolçu Kristian Atsu, idman direktoru Taner Savut, gənclərdən ibarət komandanın qapıçılarına təlim keçən məşqçi Hüseyn Danahaliloğlu, 15 yaşadək futbolçu Fatin Can, 14 yaşadək futbolçu Həmzə Sürer, təchizat müdiri Onur Akdeniz və mətbəx işçisi Suzan Bərbər həyatını itirib.
Qeyd edək ki, “Trabzonspor”-“Bodrum FK” görüşü birinicinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.